Martın 16-da naməlum şəxs Bakı şəhər sakini Rövşən Məmmədova məxsus Cavanşir küçəsində yerləşən «Topaz» məntəqəsində bıçaqla ona hədə-qorxu gələrək, 2740 manat pulunu alıb qaçıb. Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Kamil Əliyev tutulub.
Martın 17-də Xəzər rayonu Binə qəsəbəsi Atcılıq yeni yaşayış sahəsində, orada yaşayanlar Elşən Orucov döş qəfəsinin və qardaşı Samir Hüseynov qarın nahiyyəsini kəsilmiş deşilmiş xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. E.Orucov aldığı xəsarətdən orada ölüb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, hadisəni törədən həmin ünvanda yaşayan Nazim Mirzalızadə tutulub.
Martın 18-də Xəzər rayonu Şüvalan qəsəbəsi A.İldırım küçəsində Bakı şəhər sakinləri 1987-ci il təvəllüdlü Firuz Mustafayev idarə etdiyi «Niva» markalı avtomobillə 1993-cü il təvəllüdlü Vüsal Şıxaliyevi vurub və o, aldığı xəsarətdən hadisə yerində ölüb.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Səxavət Hüseynov tutulub.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Akif Əhmədov tutulub.
Martın 3-də Bakı şəhər sakini Adilə Aslanovaya məxsus, Bilgəh qəsəbəsində yerləşən bağ evindən pəncərəni sındırmaq yolu ilə 3 ədəd televizor və 2 ədəd kombi oğurlanıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Masallı rayon sakini Rasim Əliyev tutulub.
Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Dilavər Hüseynovdan 9 qramdan artıq marixuana götürülmüş, ona marixuananı satan Ə.Vəliyev küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Azər Əliyev tutulub və onun mənzilindən 17 ədəd kibrit qutusunda və 1 ədəd çantada 7 kiloqramdan artıq marixuana aşkar edilib.
Xətai RPİ CAŞ və 37-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ziya Təhməzov tutulub.


































































































