Bu gün Bakı Apellyasiya Məhkəməsində tanınmış hüquqşünas, Milli Şuranın üzvü Qurban Məmmədovun şikayətinə baxılmalıydı. Ancaq Qurban bəy bütün məhkəmə heyətinə eiraz etdiyindən proses fevralın 11-dək təxirə salınıb.
Moderator.az Qurban Məmmədovun məhkəmə heyətinə etirazının mətnini əldə edib və onu oxuculara təqdim edir:
Bakı Apellyasiya Məhkəməsinə
CM-nin 263.1-1 və 299.1-ci maddələri ilə təqsirləndirilən
şəxs
Məmmədov Qurban Cəlal oğlu tərəfindən
Bakı
Apellyasiya məhkəməsinin bütün hakimlərinə qarşı
E T İ R A Z
(CPM-nin
109.1.8-ci maddəsinə əsasən)
Hörmətli hakimlər!
Nəzərə alaraq ki;
-
Azərbaycan
Respublikasında bütün məhkəmə orqanları obyekt kimi fəaliyyət göstərir və Məhdud
Məsuliyyətli Cəmiyyət kimi idarə olunur,
-
Bütün
məhkəmə instansiyalarının hakimləri kimi, apellyasiya məhkəmələrinin hakimləri
də müstəqil deyillər və CPM-nin 25-ci maddəsində, eləcə də AR Konstitusiyasının
127-ci maddəsinin I hissəsində “hakimlərin müstəqilliyi” prinsipi nəzərdə
tutulsa da, bu, sadəcə olaraq, məhkəmələrin indiki rejimin əlində qisas dəyənəyi
kimi istifadə edilməsini pərdələmək üçündür və kağız üzərində qalmaqla
deklarativ xarakter daşıyır,
-
Rayon
və apellyasiya məhkəmələri təsisçisi bir nəfər olan MMC kimi, onun sədri tərəfindən
tək başına idarə olunur,
-
Siz
də Bakı Apellyasiya məhkəməsinin bir işçisi kimi məhkəmə sədrinin göstərişlərini
icra etməyə, sizdən əvvəlki həmkarlarınız etdiyi kimi, məhkumsunuz,
-
Bundan
əvvəl, yəni Bakı Apellyasiya Məhkəməsinin hakimləri Camal Ramazanov, Mirzəli Abbasov və Faiq Qasımovun 04 iyun 2013-cü il tarixli qərarı
Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxlaması, Rizvan
Səfərovun Nəsimi rayon məhkəməsinin 04 iyun
2013-cü il tarixli qərarından verilən şikayəti rədd etməsi, Mirzəli Abbasov, Əmir Bayramov və Əflatun
Qasımovun Nəsimi rayon məhkəməsinin 01.08.2013 tarixli qərarını qüvədə
saxlaması, Vaqif Mursaqulov, Mirpaşa
Hüseynov və Əflatun Qasımovun Nəsimi rayon məhkəməsinin 12.08.2013 tarixli
qərarını qüvvədə saxlaması heç
bir qanuni əsaslar olmadan siyasi rejimin tapşırığı ilə, Apellyasiya məhkəməsinin
hakimlərinin iştirakı və Apellyasiya məhkəməsinin sədrinin göstərişi ilə həyata
keçirilib,
Həm də nəzərə
alaraq ki:
-
Apellyasiya
məhkəməsinin sədri, özünün xidməti maraqlarına və ya mənimlə şəxsi düşmənçilik
etməsinə görə, mənim hüquqlarımın pozulmasında açıq şəkildə və kobud qanunsuz
göstərişləri ilə iştirak edir,
-
Hazırkı
işlə bağlı mənim və müdafiəçilərimin verdiyimiz vəsatətləri heç bir fakta,
sübuta, sağlam arqumentə və hüquq normasına istinad etmədən, əsassız olaraq təmin
etməmisiniz.
Mən
CPM-nin 109.3.3-cü maddəsinı uyğun olaraq:
1.
Şəxsən
Sizin və Apellyasiya məhkəməsinin hər hansı hakiminin mənim haqqımda olan cinayət
işində hakim kimi iştirak etməsinə etiraz edirəm.
2.
Siyasi
rejimin qanunsuz tapşırıqlarına etiraz edə biləcək hər hansı digər apellyasiya
məhkəməsi sədrinin tapılacağına ümid edərək, işin başqa apellyasiya məhkəməsinə
verilməsi üçün Ali məhkəməyə göndərilməsini xahiş edirəm.





























































































