"Qanuni oğru" qəbirstanlığı - FOTO

Hazırda oxunan: "Qanuni oğru" qəbirstanlığı - FOTO

40253
Gürcü qəbirstanlıqlarında "qanuni oğru" qəbirləri görüntülənib. Moderator.az-ın məlumatına görə, bu barədə Lenta.ru saytı yazıb. Məlumata görə, Rusiya və ətraf regionda "qanuni oğrular" arasında Gürcüstandan gəlmələr əhəmiyyətli hissəni təşkil edirlər. O cümlədən bunlar arasında keçmiş SSRİ-də ən nüfuzlu kriminal avtoritet hesab edilən "Ded Xasan" də yer alıb. 

Gürcüstanda hələ 1990-ci ildən "qanuni oğrular" əhəmiyyətli təsirə malik şəxslər olub. Belə şəxslərdən biri isə Caba İoseliani olub. O, 90-cı illərdə ölkənin prezidentinin devrilməsində iştirak edib və Dövlət Şurasının tərkibinə qatılıb.

Daha sonralar Gürcüstanda hakimiyyətin dəyişməsi "qanuni oğru"lara olan münasibəti də dəyişdi. Əksər oğrular ölkəni tərk etməyə məcbur oldular. 

Hazırda əslən gürcü olan "qanuni oğrular"ın əksəriyyəti Rusiya və ətraf regionlarda yaşayırlar. Gürcüstanın yerli qəbirstanlıqlarında və xarici ölkələrdə isə həlak olmuş nüfuzlu "oğru"ların şərəfinə abidələr ucaldılır.




















































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin