35 min manat saxta pul aşkarlandı

Hazırda oxunan: 35 min manat saxta pul aşkarlandı

40168
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Hacıqabulun Pirsaat kəndində əməliyyat tədbiri həyata keçirib. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, əməliyyat zamanı saxta pul hazırlayan şəxs saxlanılıb.
 
Tutulan Raqif Əlibaxış oğlu Şirəliyevə məxsus “KİA” markalı avtomobilə baxış zamanı 35 min manat saxta pul və rəngli çap printeri aşkarlanıb. 

Hazırda tutulan şəxsin əlaqələri araşdırılır və kimlərlə işbirliyində olması müəyyənləşdirilir. İlkin hesablamalara görə, mühafizə polisində çalışan R.Şirəliyevin 137 min manat saxta pul kəsməsi ehtimal edilir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin