Ehtimal olunur ki, evdə olmuş bomba işə salınıb. Silahlı şəxs partlayışdan sonra həlak olub. Xüsusi əməliyyatı yekunlaşdırmaq üçün bir neçə xüsusi təyinatlı dəstə evi nəzarətdə saxlayır.
10:23
Dağıstanın Xasavyurt rayonunun kəndlərindən birində silahlılar bir şəxsi evdə məskunlaşıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə respublikanın hüquq-mühafizə orqanlarındakı gizli mənbədən bildirilib.
Mənbənin sözlərinə görə, bir gün əvvəl axşam Petrakovskoe kəndində anti-terror əməliyyatı keçirilib:
"Qanunsuz silahlıların məskunlaşdığı şəxsi ev müasirəyə alınıb. Hazırda döyüşlər davam edir".




































































































