Zakir Həsənovun qohumunun qıçını kim sındırdı?

Hazırda oxunan: Zakir Həsənovun qohumunun qıçını kim sındırdı?

38941


Aeroportda iki məmurun qohumları arasında kütləvi dava düşüb; xəsarət alanlar var; onlardan biri general Zakir Həsənovun yaxın qohumudur


Heydər Əliyev adına Beynəlxalq Hava Limanında kütləvi dava baş verib. Aznews.az-a daxil məlumata görə, hadisə dekabrın 25-i gecə saatlarında qeydə alınıb. İki qrup arasında mübahisə hələ Rusiya paytaxtı Moskvadakı “Şeremetova” hava limanında başlayıb.

Hər iki qrupun Azərbaycana gəlmək üçün eyni təyyarə reysinə bilet aldığı və daha sonra hava limanında tərəflər arasında mübahisə yarandığı bildirilir.

Moskvada başlayan mübahisə təyyarə Bakıda yerə endikdən sonra da davam edib. Hava limanının dayanacağında saxlanan maşınlarını götürmək üçün gələn mübahisə iştirakçıları burada yenidən əlbəyaxa olublar. 

Kütləvi davada bir neçə nəfərin xəsarət aldığı bildirilir ki, onların da arasında müdafiə naziri Zakir Həsənovun yaxın qohumu da var. Nazirin qohumunun ayağı sınıb, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Müdafiə nazirinin qohumunun da xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bu davanın iştirakçıları arasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qohumu, eləcə də keçmiş baş prokuror İxtiyar Şirinovun yaxınları da olub. 

Bundan başqa, davada müdafiə naziri Zakir Həsənovun qohumu, hazırda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini olan, polis general-mayoru Elxan Həsənovun oğlu da iştirak edib. Davada xəsarət alan şəxsin kimliyi də məlumdur. Bu, müdafiə naziri Zakir Həsənovun əmisi oğludur.

Ayağı sınan və müxtəlif dərəcəli bədən xəsarətləri alan bu şəxs də Müdafiə Nazirliyində çalışır.


“Mənim oğlum Heydər Əliyev Hava Limanındakı davada iştirak etməyib. Oğlumun o davada iştirak etməsi ilə bağlı xəbər yalandır”. Bu sözləri axar.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Elxan Həsənov Heydər Əliyev Hava Limanında baş verən insidentlə bağlı mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki,  heç oğlan övladı yoxdur: “Heydər Əliyev Hava Limanında baş verənlər polis tərəfindən araşdırılır. O ki qaldı mənim övladımın orda iştirak etməsinə, Allah hamının övladını saxlasın, mənim iki qız övladım var, oğlum yoxdur. Oğlum yoxdursa, hansı davada iştirakından söhbət gedə bilər?”

Lakin hadisə ilə bağlı digər münasibət təsdiqləyici tonda olub.  “Heydər Əliyev adına Beynəlxalq Hava Limanında mənim qohumlarımın döyülməsilə bağlı yayılan xəbərlər doğrudur. Dava hər kəsin gözü qarşısında, təhlükəsizlik kameralarının yaxınlığında olub. Qohumlarım ağır bədən xəsarəti alıblar. Hazırda araşdırmalar gedir”.

Bunu teleqraf.com-a açıqlamasında keçmiş baş prokuror İxtiyar Şirin qeyib. İ.Şirin qeyd edib ki, onun qohumları olan iki şəxs həmçinin başqa vəzifəli nazirlərin qohumudur: “Hadisə barədə qohumlarımın valideynləri də xəbərsizdir. O biri tərəf 6-7 nəfər olub. Günahkar da, zərərçəkən də bəllidir”.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəis müavini Ehsan Zahidov aznews.az-a bildirib ki, hadisə ilə bağlı nazirliyə hər hansı bir məlumat daxil olmayıb.

musavat.com


1
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin