61 min dollarlıq cinayət törədən qadının etirafları

Hazırda oxunan: 61 min dollarlıq cinayət törədən qadının etirafları

36608
Sabirabad rayonunda mənzildən külli miqdarda oğurluq hadisəsi qeydə alınıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Axtaçı kənd sakini Zeynal Əlverdi oğlu Əlişovun evindən 61100 dollar məbləğində qızıl zinət əşyaları oğurlanıb.

Rayon polis şöbəsi əməkdaşların keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq etmiş şəxsin həmin evdə xidmətçi kimi çalışan Hacıqabul rayon sakini 26 yaşlı Gülnarə Mətləb qızı Qarayeva olduğu məlum olub.

Daha ətraflı aparılan araşdırma zamanı qadının bu işdə tək olmadığı, bu işdə ona həyat yoldaşı, Bərdə sakini Allahverdi Ələkbər oğlu Kərimovun da kömək etdiyi bəlli olub.

Bundan əlavə, Gülnarənin qaynanası və baldızının da onu işə sövq etdikləri deyilir. Gülnarə Qarayevanın sözlərinə görə, qızılın bir hissəsini “Moskva Univermağı”nda, Şirvan şəhəri və Bərdə rayonlarında satan ailə, ona əldə etdikləri gəlirdən cəmi 50 manat pul verib.

Özünün deməsinə görə, o, əvvəlcə seyfdən 2 ədəd qızıl-zinət əşyası oğurlayıb. Bunu xəstə oğlunun müalicəsi üçün edib. Daha sonra qaynanası, baldızı və həyat yoldaşı ona seyfdə barmaq izlərinin qaldığını, bu səbəbdən də seyfi bütünlüklə oğurlamalı olduğunu deyiblər.

Hazırda faktla bağlı Sabirabad rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin