Gədəbəydə məktəb direktorunu maşın vurub

Hazırda oxunan: Gədəbəydə məktəb direktorunu maşın vurub

34543
Gədəbəydə yolu keçmək istəyən məktəb direktorunu avtomobil vurub. 


Gədəbəy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Gədəbəydə rayonunun mərkəzində, Heydər Əliyev prospektində baş verib. Rayon sakini, 47 yaşlı Mahal Sadıqov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, Gədəbəy rayon 4 saylı orta məktəbin direktoru, Yenikənd kənd sakini 39 yaşlı Əjdər Ələsgərovu vurub. Xəsarət alan Əjdər Ələsgərov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Həkimlər onun vəziyyətini normal qiymətləndirirlər. Gədəbəy rayon Polis Şöbəsindən bildiriblər ki, qəzanı törədən Mahal Sadıqov saxlanılıb.

 

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin