Nüsrət Kəsəmənlinin oğlu yenidən həbs olundu

Hazırda oxunan: Nüsrət Kəsəmənlinin oğlu yenidən həbs olundu

34487
Bu ilin iyun ayında 15 illik həbsdən sonra, müddətinə dörd ay qalmış şərti olaraq azad olunan mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli yenidən həbs edilib. Moderator.az-ın Avropa.info-ya istinadən əldə etdiyi məlumata görə, vaxtilə nikahdankənar yaşadığı qadını qətlə yetirərək 15 il həbs həyatı yaşamış Araz Kəsəmənli təqribən 10 gün bundan öncə narkotik istifadəçisi kimi yenidən həbs olunub. Arazı tanıyanların dediyinə görə, o, həbsdə olduğu müddətdə narkotikdən kənar, idmanla məşğul olan bir insan kimi tanınıb. Həbsinin ilk dönəmlərində onun  həbsxanadakı kriminal avtoritetlərlə münasibəti  olsa da, həbsinin sonlarına bir müddət qalmış o, namaz qılmağa və ibadət etməyə başlayıb. Bu baxımdan da onu tanıyanlar Arazın narkotik vasitədən istifadə etməsinə inanmırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin