Rusiyada azərbaycanlıdan 2,5 milyon dollar oğurladılar

Hazırda oxunan: Rusiyada azərbaycanlıdan 2,5 milyon dollar oğurladılar

34365

Çamadanlarda Azərbaycana pul daşıyan kuryer kimin adamıdır?

Sankt-Peterburqun Pulkovo-2 aeroportunda Azərbaycan vətəndaşına basqın edən qara maskalılar 2,5 milyon dollar məbləğində nağd pul oğurlayıb.

Moderator.az Rusiya qaynaqlarına istinadən xəbər verir ki, hadisə hələ sentyabrın 11-də baş verib, lakin zərərçəkən polisə ancaq bu gün - sentyabrın 25-də ərizə ilə müraciət edib. Özü də gecə saat 2-də.

Xəbərdə zərərçəkmiş şəxsin adı açıqlanmır, ancaq onun Peterburqda yaşadığı bildirilir. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, 28 yaşlı Azərbaycan vətəndaşı polisə ərizə ilə müraciət edərək sentyabrın 11-də Pulkovo-2 aeroportunun terminalının qarşısında ona hücum edən və pulunu alıb qaçan bir qrup şəxsin tapılmasını xahiş edib.

Azərbaycan vətəndaşı şikayət ərizəsində göstərib ki, həmin şəxslər qara maskada olub, onu boynundan basaraq zorla qara rəngli mikroavtobusa mindiriblər və Peterburq ətrafındakı Şuşarı qəsəbəsinə aparıblar.

Şuşarı qəsəbəsində azərbaycanlını maşından düşürüblər və onun əlindəki qara çamadanları alıblar. Zərərçəkənin sözlərinə görə, çantalarda 2,5 milyon dollar məbləğində nağd pul olub. Azərbaycan vətəndaşı ona hücum edən şəxsləri tanımadığını bildirib, ancaq ərizəsində göstərib ki, həmin şəxslər uniformaya oxşayan qara geyimdə və qara maskalarda olublar.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, zərərçəkmiş şəxsin kriminal və ya etnik qruplaşmanın kuryeri olduğu ehtimal edilir. Görünür, bu səbəbdən o, soyğunçuluq faktı ilə bağlı polisə dərhal müraciət etməyib və pulu başqa kanallarla qaytarmağa çalışıb. Lakin bu, baş tutmayanda sonuncu çarə kimi polisə müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin