Bu gecə saatlarında Sumqayıt yolunun
8-ci kilometrliyində, Biləcəri qəsəbəsi ərazisində meyit tapılıb. Rayon Polis
İdarəsinin 6-cı polis bölməsindən Moderator.az-a verilən məlumata görə, meyintin
üzərində zorakılıq əlamətləri olub.
Araşdırmalar zamanı öldürülən şəxsin Bakı şəhər
sakini, 53 yaşlı Mətləb Əbdürrəhman oğlu Nəmiyev olduğu məlum olub. Meyintin
ilkin müayinəsi zamanı onun döyüldüyü və bıçaqlandığı məlum olub. Polisdən
həmçinin bildirilib ki, qətlə yetirilən M.Nəmiyev cinsi azlıqların
nümayəndəsidir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq
aparılır.

- A-
- A
- A+
Kriminal
11:28 / 17.09.2013
Bakıda cinsi azlığı döyüb öldürdülər
Hazırda oxunan: Bakıda cinsi azlığı döyüb öldürdülər
Hazırda oxunan: Bakıda cinsi azlığı döyüb öldürdülər
33926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































