Göyçayda qayınata
övladının sonsuzluğunun gizlədilməsi üçün gəlinini zorlayıb. Türkürpədici
hadisə Göyçayın Qarağıdır kəndində İbrahimovlar ailəsində baş verib.
Belə
ki, həmin kənddə yaşayan 27 yaşlı G.İ 5 il bundan əvvəl həmin kənddə yaşayan
Rəşid İbrahimovla el adəti üzrə ailə həyatı qurub. Lakin bu illər ərzində
oğlanın sonsuzluq problemi olduğundan oğlanın atası Rauf İbrahimov gəlini min
bir yolla aldadıb. Qayınata qızın gözünü qorxudaraq, daha doğrusu, ölümlə
hədələyərək sonsuzluq sirrinin açmamasını və oğlunun el içində biabır
olmamasını bildirərək, onu bir neçə dəfə zorlayıb. Qızın istəyi olmadan baş
verən bu iyrənc proses onu dəfələrə özünə qəsd etməyə məcbur edib.
Nəticədə
isə bundan xəbər tutan ər ailəsi hər vəchlə onun qarşısını alıb. Qızın sözlərinə
görə, qayınatası tərəfindən zorlanan gəlin ilk gündən bunu qorxusundan
valideynlərindən gizlətsə də, qaynanası Gülxar İbrahimovdan gizlətməyib. Olayı
olduğu kimi ona bildirib. Lakin bundan xəbəri olan qaynana da qayınatanın hərəkətini
ört-basdır edərək, oğlunun el içində sonzuz kimi biabır olmasını istəməyib.
Gülxanımın
sözlərinə görə, hətta qayınata və qaynana bu işi birlikdə görərək, ev-eşiyin
əldən çıxmamasını və kənddə biabır olmamaq üçün gəlini dəfələrlə yola gətirməyə
çalışıblar. Lakin buna dözə bilməyən gəlin, bir neçə dəfə özünə qəsd etmək
istəyib. Gəlin hətta evdən qaçmağa da cəhd göstərib.
Bu
sirrin üstünü açacağını deyən gəlindən qorxan qayınata onu psixologiyasında
ciddi problemləri olan xəstə adı ilə avqustun 29-da ata evinə təhvil verib.
“Son
vaxtlar övlad olmamasına görə, qızının səhhətində problemlər yaranıb. Onu başa
düşürəm. Qoy bir az sizdə qalsın özünü ələ alsın, sonra evə qaytaracam”, - deyə
qayınata bildirib.
Hələ
də baş verənləri anlamayan qızın atası və ailəsi elə həmin günün gecəsində
qızın öz dilindən olanları öyrənə biliblər. Hətta qızın atası Süleyman
Mahmudovun verdiyi məlumata görə, ayın 16-da qızın özünü öldürmək üçün cəhd
etdiyi binada onu xilas edib. Onun sözlərinə görə, qızı qayınataya bu sözləri
deyirmiş. “Əclaf sən utanmırsan, həyatımı bitirdin. Gör öz qızın yaşdayam,
mənim başıma hansı oyunları gətirdin. Bunu unutmayacam. Bu ləkə ilə sizin
ailədə yaşaya bilmərəm. Utanın”.
Qızlarının
zorlanmasından agah olan ailə dərhal rayon polis şöbəsinə şikayət ediblər.
Hazırda iş istintaqda olsa da, yubanmalar və süründürməçilikdən ailə
şikayətçidir.
Hadisə
ilə əlaqədar, bütün kənd ayağa qalxaraq, Rauf İbrahimovun uzun illərdir məktəb
direktorunun müavini işlədiyi Qarağıdır kəndindən uzaqlaşmasını istəyir.
Bununla bağlı kənddə bir neçə dəfə aksiya da olub. Polis şöbəsindən isə ailəyə
hələ qızın keçdiyi tibbi ekspertizanın rəyi olmadan istintaqa
başlamayacaqlarını və qarşı tərəfin də tutarlı faktlarla sizi günahlandırdığını
bildiriblər.
Qeyd
edək ki, qız tibbi ekspertizadan keçib və ayın 10-na kimi cavabı gəlməli idi.
Lakin cavab yubanır və İbrahimovlar ailəsi isə qızı əxlaqsızlıqda
günahlandıraraq başına gələnlərdə qayınatanın günahı olmadığını bildiriblər. Qayınata
məktəb direktor müavini, qaynana isə müəllimədir.

- A-
- A
- A+
Kriminal
16:11 / 11.09.2013
Azərbaycanda qaynata gəlini zorladı - ŞOK TƏFƏRRÜAT (18+)
Hazırda oxunan: Azərbaycanda qaynata gəlini zorladı - ŞOK TƏFƏRRÜAT (18+)
Hazırda oxunan: Azərbaycanda qaynata gəlini zorladı - ŞOK TƏFƏRRÜAT (18+)
33683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































