Gəncədə ev sahibinə qayçı ilə xəsarət
yetirən oğru tutulub. Moderator.az-ın Daxili
İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gəncə
şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Könül Məmmədovanın
evinə açıq qalmış qapıdan oğurluq məqsədi ilə girmiş, onunla rastlaşdığından
qayçı ilə boğaz nahiyəsindən xəsarət yetirmiş Gəncə şəhər sakini Röyal
İbrahimov tutulub.

































































































