Lənkəranın polis rəisi futbol davasından danışdı -ÖZƏL

Hazırda oxunan: Lənkəranın polis rəisi futbol davasından danışdı -ÖZƏL

32696

"Hal-hazırda Lənkəranda tam sakitlikdir. Əhali hər zaman olduğu kimi sakit həyatına davam edir. Baş verən olan kütləvi davaya görə isə 7 nəfər həbs edilib”. Bu sözləri Moderator.az-a açıqlamasında Lənkəran rayon polis şöbəsinin rəisi Möhübbət Hüseynov söyləyib. Polis rəisinin sözlərinə görə, dava ilə bağlı Cinayət Məcəlləsinin 221.3 maddəsi (Xuliqanlıq) ilə cinayət işi başlanıb. Rəis onu da bildirib ki, həbs olunanlardan 3 nəfəri başqa rayonlardandır: “Onların biri Qusar, biri Abşeron, digəri isə Astara sakinidir. Həbs olunan 7 nəfərdən 4 sərxoş olub. Polisin müdaxiləsi nəticəsində hadisə zamanı insanlara xəsarət yetirmək mümkün olmayıb.  Rayonda da hazırda tam sakitlikdir”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin