Ağcabədidə kütləvi dava: üç nəfər bıçaqlandı

Hazırda oxunan: Ağcabədidə kütləvi dava: üç nəfər bıçaqlandı

32299

 Ağcabədi rayonunun Qiyamadınlı kəndində kütləvi dava olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, nəticədə üç nəfər müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Şahidlərin sözlərinə görə, insident kənddə toya hazırlıq mərasimdə baş verib. 

Həmkəndlilər arasında baş verən mübahisə üç nəfərin bıçaqlanması ilə nəticələnib. Kənd sakinləri Məmmədov Elbəy Ələsgər oğlu, İsmayılov Rəşad Şahmurad oğlu və Şirinov Nurlan Taleh oğlu çoxsaylı bıçaq xəsarətləri alıblar. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar, vəziyyəti ağır olduğundan Nurlan Şirinov Bakıya, Rəşad İsmayılov isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin