Şəki sakini beton divar uçqununun altında qalaraq can verdi

Hazırda oxunan: Şəki sakini beton divar uçqununun altında qalaraq can verdi

31627

 

Şəkidə bədbəxt hadisə baş verib. 

Moderator.az xəbər verir ki, şəhərin Mirzə Fətəli Axundov küçəsində Nəbi Hüseynbəyova məxsus şəxsi evdə kirayə qalan Qudula kənd sakini 26 yaşlı Vasif Məmmədov yaşadığı mənzilin həyətində kanalizasiya qazarkən beton divar uçqununun altında qalıb. 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstəsi və təcili yardım qrupu cəlb olunub. 4 saata yaxın davam edən xilasetmə işlərindən sonra Vasif Məmmədovu uçqunun altından çıxarmaq mümkün olub. Lakin o, aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin