Mahmud Hacıyev: “Bundan daha böyük rüsvayçılıq təsəvvür etmək çətindir”

Hazırda oxunan: Mahmud Hacıyev: “Bundan daha böyük rüsvayçılıq təsəvvür etmək çətindir”

31034

 

Azərbaycanda narkomaniyanın qadınlar arasında çoxalması ilə bağlı BMT hesabatında yer alan məlumatlar Azərbaycan kişisi üçün təhqirdir. 

Bu sözləri Moderator.az saytına hüquqşünas Mahmud Hacıyev deyib. Ekspertin sözlərinə görə, bu durum Azərbaycan üçün əsl rüsvayçılıq kimi xarakterizə edilməlidir: 

“Vaxtilə Azərbaycan qadınının adı bütün dünyada ən nümunəvi qadın kimi çəkilirdi. Lakin bu gün bizim qadınların adı BMT kimi sanballı beynəlxalq təşkilatın hesabatında narkomaniyaya meyl edən insanlar kimi çəkilir. Bu, şəxsən məni utandırır və hesab edirəm ki, bundan daha böyük rüsvayçılıq təsəvvür etmək çətindir. Biz bir xalq, bir dövlət olaraq bu barədə dərindən düşünməli, əlaqədar qurumlar Azərbaycanda narkomaniyanın inkişafının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirməlidir. Əks təqdirdə, yaxın gələcəkdə bundan daha dəhşətli mənzərənin şahidi ola bilərik”.

 

Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin