Azərbaycanda müğənni qətlə yetirilib - Namus üstündə

Hazırda oxunan: Azərbaycanda müğənni qətlə yetirilib - Namus üstündə

30699
Bakıda öldürülən oğlanın şəxsiyyəti müəyyənləşib. 

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı ötən gecə BMW servisin qarşısında qətlə yetirilən şəxsin Tərtər sakini, 26 yaşlı Samir Mustafayev olduğu müəyyənləşib. Onun meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Polisdən bildirilib ki, S. Mustafayev müğənni olub, 2012-ci ildə keçirilən “Univision” mahnı müsabiqəsində də iştirak edib.

Polisdən artıq qətli törədən şəxsin kimliyinin müəyyənləşdiyi də deyilib. Hazırda həmin şəxsin tutulması istiqamətində tədbirlər davam etdirilir.

İlkin ehtimala görə, hadisə namus üstündə baş verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin