Yaşayış binasının damında silah-sursat tapıldı - GƏNCƏDƏ

Hazırda oxunan: Yaşayış binasının damında silah-sursat tapıldı - GƏNCƏDƏ

30565
Gəncədə dam örtüyü dəyişdirilən binanın çardağında sursat aşkarlanıb. 

APA-nın qərb bürosunun məlumatına görə, şəhərin Dədə Qorqud küçəsində yerləşən 3 saylı binanın dam örtüyünü dəyişən tikinti şirkəti işçiləri çardaqda sarı rəngdə torba aşkarlayıblar. Torbanın içinə baxış keçirilərkən orada xeyli sayda patron və əl qumbarası aşkar edilib. Dərhal bu barədə polisə məlumat verilib. Hadisə yerinə əməliyyat qrupu gəlib. Torbanın içərisində 6 ədəd 5.45 kalibrli, 22 ədəd 7.62 kalibrli, 9 ədəd ov tüfənginin gülləsi və bir ədəd F-1 əl qumbarası aşkar edilərək götürülüb. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin