20 günün gəlini barədə ölüm hökmü çıxarıldı - AİLƏ DRAMI

Hazırda oxunan: 20 günün gəlini barədə ölüm hökmü çıxarıldı - AİLƏ DRAMI

29978
Türkiyənin Ağrı vilayətində tükürpədici olay baş verib. 20 günlük əri tərəfindən qətlə yetirilən 18 yaşlı Dilanın başqa gənci sevdiyi məlum olandan sonra ailəsi onun barəsində ölüm hökmü çıxarıb. Moderator.az xəbər verir ki, ailə üzvləri Dilanın qətlini saniyəbəsaniyə izləyib. 

Selçuk Doğan xalası qızı Dilanla bir il öncə nişanlanıb. Başqa bir gənci sevən qız ailəsinin qərarına qarşı çıxa bilməyib. Amma evləndikdən sonra ərinə başqasını sevdiyini deyən Dilan bu üzdən onunla yataqda birgə ola bilməyəcəyini bildirib. "Başqasını sevirəm. Sən xalam oğlusan, qardaşım kimi xətrini istəyirəm. Səninlə birlikdə ola bilmirəm. Özümü pis hiss edirəm" deyən Dilanın sözləri iynə kimi Selçukun ürəyinə batıb.

Selçuk Doğan durumu ailəsinə anladıb. Oğlanın valideynləri qudalarına "qızınız başqasını sevir. Gəlin aparın" ismarıcını göndəriblər. Qızın ailsəi isə el-aləmdə biabır olmasınlar deyə Dilanı gətirməkdən imtina ediblər. Doğan ailəsi gəlinin barəsində infaz (ölüm hökmü) qərarı çıxarıblar. Selçuk Dilanı bıçaqlayandan sonra arvadının evdən qaçdığı xəbərini yayıb. Amma sonra özü polisə təslim olub.  

Selçukun atası Mehmet Salih Doğan (60 yaş), anası Zahide Doğan (54 yaş) ve bacısı Sebih Doğan (25 yaş) cinayəti anbaan izləyib.

Doğan ailəsinin üzvləri Dilanın cəsədini torpağa basdırıblar. Ana Zahide Doğan isə evdəki qan izlərini özü təmizləyib. Selçukun atası və bacısı həbs olunub. Anası izə zaminə buraxılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin