“Rövşən Lənkəranski”nin ən yaxın adamı Macarıstanda həbs olundu

Hazırda oxunan: “Rövşən Lənkəranski”nin ən yaxın adamı Macarıstanda həbs olundu

29670

Avropada Rusiya mafiyasına qarşı əməliyyatda həbs edilənlər arasında azərbaycanlı “qanuni oğru” “Rövşən Lənkəranski”nin ən yaxın adamlarından olan Merab Canqveladze də var. Macarıstanda həbs edilən gürcü “qanuni oğru” M.Canqveladze “Lənkəranski” ilə ən yaxın müttəfiq və Aslan Usoyan(“Ded Xasan”) klanını ən qatı düşmənlərindən idi. Onun həbs “Lənkəranski” nin faktiki təklənməsi deməkdir...

Kriminal aləmin ən odioz fiqurlarından olan Merab Canqveladze (Suxumski) haqda məlumatlar çox azdır. Suxumski haqqında məlumatın niyə çox az olduğunu onunla bağlı “YouTube” də olan qısa videodan anlamaq mümkündür. “Merab Suxumskidən master-klass” başlıqlı həmin süjetdə istintaqçının ona hətta ad və soyadı adı ilə bağlı verdiyi suallar cavabsız qalır. “Master-klass” “oğru dünyası” nda “görməmişəm, eşitməmişəm, bilmirəm” sözlərini ehtiva edir.

Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də (əqrəb bürcü) Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildən anadan olan Levan da Suxumski ləqəbi ilə tanınır. Merabın kiçik qardaşı Levanın adı Azərbaycanın kriminal xəbərlərini təqib edənlərə yaşı tanışdır. 2012-ci ilin yayında onun Dubayda hələ də təfərrüatı tam bilinməyən “razborka”da Rövşən Canıyevi (“Lənkəranski”) bıçaqladığı deyilir. Bu xəbər Rusiya və Azərbaycanda geniş maraq doğursa da, Canıyev tərəfdarları belə hadisənin baş vermədiyini iddia edirlər. Merabın bəzi gənc “qanuni oğru” lar kimi reklamı sevmədiyi məlumdur. Məhz bu səbəbdən Rusiyadakı “gürcü kriminalitetinin generalı” statusunda olan Merab publikanı sevmir. Onun harada yaşadığından bəzən heç xüsusi xidmət orqanlarının da xəbəri olmur. Deyilənə görə, o, ümumiyyətlə Moskvada yalnız təsadüfi hallarda gecələyirmiş.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin