Əsl adı Nadir Nəriman oğlu Səlifov olan və kriminal aləmdə “Lotu Quli” kimi tanınan avtoritet haqda Moderator.az növbəti yazını təqdim edir. Lotu Quli uşaq olarkən, böyüyəndə nəçi olmaq istəyirdi?xa0
Deyirlər ki, şagirdlər orta məktəb dövründən böyüklərin təsirindən gələcəkdə hansı peşəyə yiyələnəcəklərini dilə gətirirlər. Bunlardan, kosmonavt, məşhur idmançı olacaqlarını əminliklə deyənlər də var. Orta məktəbin yuxarı siniflərində artıq hər kəs özü gücünə, bilik səviyyəsinə uyğun ixtisaslar seçir. Qulinin erkən uşaqlıq arzusunun nə olduğu bilinməsə də, yeniyetməlik arzusunun “qanuni oğru” olması artıq şübhə doğurmur. Bunu, onu çoxdan tanıyanlar da təsdiq edir.xa0
Quli kriminal həyata xa0çox erkən yaşlarında, təxminən 15 yaşında olanda meyl edib, necə deyərlər, öz gələcəyini bu mühitdə görüb. Deyilənə görə, o, yeniyetmə olanda “Nadir, böyüyəndə nəçi olacaqsan?”-deyə sual verənlərə, onun valideynləri yarızarafat-yarıgerçək “oğlumuz böyüyəndə” “vor” olacaq” deyirmişlər.xa0
Quli elə o vaxtlardan, yəni 15-16 yaşından kriminal aləmə atılıb. Yeni başlayan canilər kimi, ilk cinayət təcrübələri uğurlu alınıb, yəni “ilişməyib.xa0
O, 23-24 il öncədən başlayaraq dəfələrlə kəsişmə, toqquşma məqamlarında bu sözü işlədib: “Mən Quliyəm”. Onun bu ifadəsi rəqiblərinə münasibətdə hədə və xəbərdarlıq, dostlarına, yaxınlarına münasibətdə isə güvənc səciyyəsi daşıyır.xa0
Yazının davamı var...
Vasif Əlihüseyn
Mənbə: Munis Yusifoğlunun “Mən Quliyəm” kitabı.
































































































