İslamiadanın qalibinə dörd illik cəza verildi – FOTO

Hazırda oxunan: İslamiadanın qalibinə dörd illik cəza verildi – FOTO

212259
Azərbaycanın daha bir məşhur idmançısı dopinqdən istifadə etdiyinə görə, yarışlardan uzaqlaşdırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) daxil olan məlumata görə, bu həndbolçu Səbinə Nuriyevadır.

AMADA ona qarşı 48 aylıq sanksiya tətbiq edib.

33 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb.

Cəza 2017-ci il oktyabrın 23-dən qüvvəyə minib.

Qeyd edək ki, Səbinə Nuriyeva “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin