Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
xa0
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
xa0
Hökmdə bildirilib ki, O.Abdullayevin hadisə yerindən qaçma ittihamı sübuta yetirilməyib və həmin maddəyə əsasən, bəraət verilib.
xa0
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. O.Abdullayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
xa0
Qeyd edək ki, hadisə ötən il avqust ayının 24-də Xaçmaz rayonu ərazisində baş verib. O.Abdullayev etibarnamə olmadan "Daewoo Nexia" markalı 10 RL 160 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. Belə ki, o, sükan arxasında yuxulayaraq idarəetməni itirib və avtomobili aşırıb. Maşında olan sərnişin 1970-ci il təvəllüdlü İlqar Ələkbərov hadisə yerində ölüb.
xa0
Xatırladaq ki, O.Abdullayevin atası Xusaməddin Abdullayev Qarabağ döyüşlərində şəhid olub.(lent.az)
































































































