“Habilə 22 min manat verdim, yazılar kəsildi”

Hazırda oxunan: “Habilə 22 min manat verdim, yazılar kəsildi”

210420
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilənxa0 “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi keçirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmiş Xəyalə Məlikova 3 min manat, Hatəm Rəhimov 22 min manat verdiyini deyib.xa0

H. Əhmədov bildirib ki, işlətdiyi otel haqda yazılar yazıb əxlaqsızlıq yuvası kimi təqdim ediblər:xa0 "22 min manat verdim, sonra yazılar kəsildi. Pulu Surxay vasitəsilə Habilə verdim".xa0

Ramil Quliyev isə firması barədə yazılar dərc olunduğu üçün H.Vəliyevə zəng edib:xa0 "Dedi yaxşı edib yazmışam. Mən də məhkəməyə verdim, vəkilim Adəm Məmmədov idi. Məhkəmə vaxtı Habilin arxasında kimsə böyük adamın olduğunu hiss elədim. Adəm vasitəsilə məndən 4 min manat istəmişdi, amma pul vermədim. Şikayətim yoxdu".xa0

H. Vəliyevim bacısı oğlu Pərvin Məmmədov "Cahargah" oteli epizodu ifadə verib: "Cahargah otelin sahibi Nofel oranı əxlaqsız yuva kimi işlədirdi. Biz də bu haqda yazılar yazırdıq. Nofelin özü redaksiyaya gəldi, Habil müəllim onu qovdu".

Məlum olub ki,xa0 P. Məmmədovxa0 istintaqa ifadəsində deyib ki, dayısı otel sahibindən 5 min manat pul tələb edib.

Proses fevralın 8-də davam etdiriləcək.

DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin