Bakı aeorpotunda cinsiyyət orqanında narkotik keçirən qadın tutuldu - FOTO

Hazırda oxunan: Bakı aeorpotunda cinsiyyət orqanında narkotik keçirən qadın tutuldu - FOTO

205474
Heydər Əliyev Beynəlxalq hava limanında ölkəyə külli miqdarda narkotik maddə keçirmək istəyən qadın saxlanılıb.

Hadisə dekabrın 24-də baş verib.

Belə ki, İstanbuldan Bakıya gələn 30 yaşlı qadın özünü şübhəli aparıb.

Gömrük işçilərinin uğurlu əməliyyatı nəticəsində qadın saxlanılıb. Məlum olub ki, qadın cinsiyyət orqanında külli miqdarda “Ekstazi”x9d narkotik maddəsini ölkəyə keçirmək istəyib. Qadın İstanbul aeroportundan sözügedən narkotik maddələri keçirə bilsə də Bakıda gömrük işçilərinin diqqətindən yayınmayıb.

Narkotik maddə müsadirə olunub, qadın isə saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.(baku.ws)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin