“Qoca”x9dnı qaçıran Günay Atakişiyeva kimdir?

Hazırda oxunan: “Qoca”x9dnı qaçıran Günay Atakişiyeva kimdir?

197244
“Qoca”x9d ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva barəsində detallar məlum olub.xa0

Sumqayıt şəhər sakini və evdar qadın olan Günay Atakişiyeva könüllü olaraq “Qoca”x9dnın qaçmağını təşkil edib. O, Nəsimi rayon Məhkəməsində özünü təqsirli bildiyini deyib.

Təxminən 30 yaşlı subay qadın “Qoca”x9dnı əvvəldən tanıdığını deyib. O bildirib ki, bu əməlini pul və ya hər hansı başqa qarşılıq müqabilində yox, sadəcə tanışı Etibara kömək etmək istədiyi üçün edib.

G.Atakişiyeva hazırda “Qoca”x9dnın yerini və harda ola biləcəyini bilmədiyini deyib: “Bizi tutub gətirdilər, o da qaçıb getdi. Sonra da mənimlə əlaqə saxlamayıb”x9d.

G.Atakişiyeva barəsindəki həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verməyəcəyini bildirib.

Qeyd edək ki, Günay Atakişiyeva taksi tutaraq “Qoca”x9dnı Qazaxda sərhəddən keçirtməyə cəhd edib. Rayon ərazisində maşınların yoxlanılması zamanı E.Məmmədov düşüb qaçıb, o isə ələ keçib. (Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin