Azərbaycanda uşaqbaz kişilərə qarşı müdhiş cəza gözlənilir - KİMYƏVİ AXTALATMA...

Hazırda oxunan: Azərbaycanda uşaqbaz kişilərə qarşı müdhiş cəza gözlənilir - KİMYƏVİ AXTALATMA...

187205
Pedofiliya (uşaqbazlıq) - müasir cəmiyyətin qlobal problemidir və xa0o, gündən-günə daha ciddi xarakter almaqdadır. Azərbaycanda yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq halları barədə rəsmi statistika olmasa da, xa0kriminal cinayətlərin hesabatı göstərir ki, artıq uşaqbazlıq xa0 ölkəmiz üçün heç də xa0nadir rast gəlinən cinayət deyil.

Bu məsələdə ləngimənin mümkün olmadığı açıq-aşkar göründüyündən Milli Məclisdə pedofiliya ilə mübarizə aparmaq üçün qanunvericilikdə dəyişikliklərə başlamaq haqda qərar verilib. xa0Təklif olunan xa0tədbirlər arasında xa0kastrasiyanın(axtalanma) da tətbiqi nəzərdə tutulub. xa0

Moderator.az xəbər verirxa0ki, bu barədə deputat Fazil Mustafa haqqin.z-a bildirib:

”x9dTəəssüf ki, son vaxtlar, ölkəmizdə uşaqlar üzərində zorakılıq xa0halları xa0daha tez-tez baş verir. Odur ki, xa0bu cinayətə görə cəzaları sərtləşdirmək lazımdır. Mən qanunverici təşəbbüslər paketi ilə çıxış etmək niyyətindəyəm. Təkliflərim arasında xa0azyaşlılara qarşı xa0cinsi zorakılıq törədən şəxslərə qarşı kimyəvi kastrasiya cəzasının tətbiqi də nəzərdə tutulub. Artıq uşaqlara qarşı törətdikləri alçaqlıqlara görə pedofillər, bəkarət pozucuları və digər əclaflar qanun qarşısında sərt şəkildə cavab verməlidirlər”x9d. xa0
Son vaxtlar uşaqlara qarşı zorakılıq və ölümlə nəticələnən cinayətlərAzərbaycanı sarsıtmaqdadır.Bir neçə gün öncə xa0belə bir iyrənc əməl xa0 Naxçıvanda törədilib. Ordudan yeni tərxis olunmuş xa023 yaşlı xa0oğlan sərxoş halda xa0 4 yaşlı qız uşağına xa0təcavüz edib.Qəzəblənmişhəmkəndliləri onu tutub döyərək xa0cinsiyyət orqanlarını şikəst hala salıblar. Lakin belə linç- özündən məhkəmə aktları xa0problemi, çətin ki, həll etsin.
Bundan cəmi bir neçə gün sonra isə Bakıda polis kapitanı Tahir Tahirli 8 yaşlı uşağı pedofilin əlindən zorla alıb.
Bu şərlə mübarizənin gücləndirilməsi üçün, bizim qanunvericilər xarici təcrübədən xa0də istifadə edə bilərlər. Məsələn,ABŞ-da “Megan Qanunu”x9dna görə(pedofil-residivist tərəfindən zorlanaraq öldürülmüş Megan Kanka adlı 7 yaşlı uşağın ismi ilə bağlıdır) xa0cinsi zorakılıq xa0cinayətləri törətmiş xa0amerikalı məhkumlar ümummilli siyahıya daxil edilərək yaşayış xa0 yeri üzrə qeydiyyata alınırlar. Bir sıra ekspertlər ABŞ-ın birçox ştatlarında tətbiq edilən kimyəvi axtalatma tədbiri ilə də razıdırlar.
Fransada isə xa02005-ci ildən pedofillərə və digər cinsi zorakılığa meyilli şəxslərə cinsi fəallığı azaldan xüsusi kimyəvi preparat verilir. Nəticədə bu cür cinayətlərin sayı xeyli azalmışdır.

İldə könüllü olaraq 6-ya yaxın təcavüzkarın axtalanmaya məruz qaldığı xa0Almaniyada xa0rəqəmlər göstərir ki, əgər azadlığa buraxılmış adi pedofillər arasında xa0yenidən eyni cinayəti törətmək şansı 84% təşkil edirsə, kastrasiyadan sonra təcavüzkarların cəmi 3 faizi təkrar oxşar əməl törədir. Bir müddət öncə qonşu Qazaxıstanda da xa0uşaqbazlara qarşı xa0kimyəvi axtalatma qanuniləşdirilmişdir..Ümumiyyətlə, beynəlxalq araşdırmalara görə,kimyəvi kastrasiya tətbiq edilən xa0ölkələrdə uşaqlara qarşı cinsi cinayətlərin sayı 50% azalıb.
Belə bir tədbiri xa0şərh edən Psixi Sağlamlıq Mərkəzinin direktoru Rüstəm Salayev pedofillərin çox zaman şüurlu olaraq özlərini xa0xəstə və ya qüsurlu saymadıqlarını qeyd edib. “Düşünürəm ki, axtalatma, o qədər himanist olmasa da, haqq verilən cəza tədbiridir. xa0Lakin xa0bunu konkret kimlərə təbiq etməyi aydın şəkildə müəyyən etmək çox vacibdir. Burada cinayət meyillərinin müəyyən edilməsi üçün incə mexanizm lazımdır. Xarici təcrübəni tətbiq etməzdən öncə həmin üsulun bu növ cinayətlərinazalmasına harada və necə xa0səmərəli kömək etdiyini dəqiq aydınlaşdırmaq xa0lazımdır “, - deyə psixiatr vurğulayıb.
Görünür, ekspert haqlıdır, çünki xa0bütün dünyada axtalatma üsulunun yayılmasına baxmayaraq onun nəticələrinin effektivliyi haqda xa0birmənalı danışmaq olmaz. Doğrudur, statistika xa0cinsi cinayətlərin azaldığını göstərir. Lakin rəqəmlər hər yerdə fərqlidir; bəzi xa0yerlərdə əhəmiyyətli xa0dərəcədə azalıb, başqa yerlərdə isə yalnız bir qədər. Bu səbəbdən də bəzi ölkələr öz qərarlarını kimyəvi axtalatmanın mütləq zəmanət verməməsi ilə izah edərək onun tətbiqindən imtina ediblər.

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin