Qubada 18 yaşlı oğlan 84 yaşlı qadını boğaraq öldürüb

Hazırda oxunan: Qubada 18 yaşlı oğlan 84 yaşlı qadını boğaraq öldürüb

142803
Quba rayonunda dəhşətli qətlin üstü açılıb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Amsar kənd sakini, 18 yaşlı İmran Aslanov polis tərəfindən şübhəli şəxs qismində tutulub.
xa0
Araşdırmalar zamanı onun bu ilin mart ayının 21-də Quba rayon sakini, 84 yaşlı Gülpəri Musayevanın yaşadığı evə qarət məqsədi ilə girərək ev sahibəsini boğaraq qətlə yetirməsi müəyyən edilib.
xa0
İ. Aslanov polisə ifadəsində törətdiyi əməli etiraf edib. O, qeyd edib ki, ahıl qadını öldürdükdən sonra mənzildən 103 manat pul aparıb. Qadını da evin heç kimin görmədiyi ərazidə torpağa basdırıb.
xa0
Ekspertlərin iştirakı ilə meyit ekskumasiya edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin