Rusiyalılar Türkiyə səfirliyinin qarşısına gül dəstələri qoyublar -Foto

Hazırda oxunan: Rusiyalılar Türkiyə səfirliyinin qarşısına gül dəstələri qoyublar -Foto

142760
Moskva sakinləri İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktı qurbanlarının xatirəsini yad edib, Türkiyənin Rusiyadakı səfirliyinin önünə gül dəstələri qoyublar.

Moderator.az Gazeta.ru-ya istinadən xəbər verir ki, diplomatik nümayəndəliyin əməkdaşları diqqətə görə Rusiya paytaxtının sakinlərinə minnətdarlıq ediblər.

Türkiyə matəm elan olunduğuna görə səfirliyin ərazisində ölkə bayrağı endirilib.

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk hava limanında üç partlayış törədilib. Terrorçu-kamekadzelər sərnişinlərə atəş açıblar, daha sonra partlayıcı qurğuları işə salıblar. Son məlumata əsasən, terror aktı nəticəsində 41 nəfər ölüb, 240 nəfər isə yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin