DİN 48 kilo narkotiki dövriyyədən çıxardı -Foto

Hazırda oxunan: DİN 48 kilo narkotiki dövriyyədən çıxardı -Foto

135966
Daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirir.

Moderator.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Cəlilabad rayonunun Albalan kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş rayon sakini Seyfəddin Cəfərov saxlanılıb. xa0xa0
Saxlanılan şəxsin əlindəki yük çantasına baxış zamanı oradan 30 kiloqram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.xa0

İlkin dindirmə zamanı, S.Cəfərov həmin narkotik vasitələri satmaq niyyəti ilə 13 saylı cəzaçəkmə müəssisəsində həbsdə olduğu müddət ərzində tanış olduğu “Zülfi”x9d adlı İran vətəndaşından əldə etdiyini bildirib. xa0

Baş İdarə əməkdaşlarının Biləsuvar rayonu, Cürəli kəndi ərazisində həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində isə əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Şahin Mirzəzadə saxlanılıb. xa0

Saxlanılan şəxsdən əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 18 kiloqram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb. xa0

Araşdırmalarla müəyyən olunub ki, Ş.Mirzəzadə narkotik vasitələri İran İslam Respublikasının Ərdəbil şəhərində tanış olduğu “Dadaş”x9d adlı şəxsdən əldə edib.

İran vətəndaşı Ş.Mirzəzadəyə külli miqdarda narkotik vasitələri respublikamızın ərazisinə keçirməyi və bunun müqabilində ona 2000 ABŞ dolları verəcəyini vəd edib. Saxlanılan şəxs təklifini qəbul edib həmin narkotik vasitələri əldə edərək ölkəyə gətirən zaman polis əməkdaşları tərəfindən tutulub.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. xa0


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin