Daxili İşlər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən kriminala yaxın şəxslərə qarşı böyük “müharibə”x9dyə başlayıb.
Nazir Ramil Usubovun göstərişiylə kriminal avtoritetlərin, mütəşəkkil cinayətkar dəstələrin zərərsizləşdirilməsi istiqamətində ciddi işlər aparılır. Bildirilir ki, əməliyyatlara əsasən Banditizm və Terrorizm İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Məsələnin bu cür kəskin qoyulması son aylarda kriminal durumun gərginləşməsi, “razborka”x9d vaxtı silahlı insidentlərin sayının çoxalması, “oğru aləmi”x9dnə yaxın şəxslərin kifayət qədər fəallaşmasını göstərən halların artması olub.
“MÜHARİBƏ”x9d NECƏ BAŞLADI”¦
Aprelin 21-də Bakının Badamdar qəsəbəsindəki “Bulaq”x9d restoranında baş verən atışma və nəticədə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın maşınının güllələnməsi kriminallara qarşı total əməliyyatlara başlanması üçün qığılcım olub. Məlumatlı şəxslərin dediyinə görə, bu hadisə hətta ölkə başçısı İlham Əliyevə qədər gedib çıxıb. Bundan sonra nazir bütün kriminal ünsürlərin tez bir zamanda zərərsizləşdirilməsi barədə göstəriş verib.
xa0

Məlum olduğu kimi, səfirliyin maşınının güllələndiyi hadisə restoranın müştəriləri arasında iri məbləğdə pul üstündə mübahisə zamanı baş verib. İnsidentin iştirakçıları restorana məhz bu məsələnin müzakirəsi üçün toplaşıblarmış.
Samir adlı qonaq söhbətə odlu silahla gəlib. Və elə restoranın həyətində atəş açmağa başlayıb. Nəticədə bir neçə nəfər yaralanıb.
Nazirin məsələylə bağlı göstərişindən sonra bir çox maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən kriminal dəstələrin fəaliyyəti əslində, aidiyyəti dövlət qurumlarında bəzi səlahiyyətli səxslərə bəllidir. Lakin kriminala yaxın şəxslərin cinayətləri çox hallarda rəsmiyyətə salınmır. Bu isə həmin şəxslərin əl-qolunu daha da açır və kriminal durum getdikcə ağırlaşır.
Məsələn, aprel ayının əvvəlləri Novxanıda kriminal dəstələrin böyük toqquşması olur. Odlu silahlardan atəşlər açılır, bir neçə nəfər yaralanır, bütün kənd bu hadisədən təşvişə düşür.Lakin polisin bu hadisəylə bağlı hər hansı rəsmi məlumatına rast gəlinmir.
xa0

Kriminal toqquşmanın təfərrüatları da məlumdur. Qeyd olunan hadisə Türkiyədə Rövşən Lənkəranski tərəfindən “tac”x9dından məhrum edilən “qanuni oğru”x9d Dadaş İbrahimovun (Dadaş Bakinski (Novxanınski)) yaşadığı Kiyevə dönərkən aeroportda özünü bıçaqlamasından sonra baş verib. Belə ki, Dadaş Bakinskinin Novxanıda yaşayan adamları Lənkaranskinin Sumqayıtdakı nümayəndəsini çağıraraq, onun Dadaş barədə yalan məlumat yaydığını, liderlərinin əslində, “tac”x9ddan məhrum edilmədiyini bildiriblər. Bundan sonra onun başına stulla zərbələr endiriblər. Bundan sonra “Lənkəranski”x9dnin adamları Novxanıya hücum çəkərək, onları güllə-boran ediblər. Dadaş Bakinskinin yaxınlarına rəhbərlik edən şəxs qaçıb gizlənib.
Məlumatlara görə, buna oxşar hadisələr vaxtaşırı baş verir.
xa0

Əsasən Rövşən Lənkəranskinin və onun rəqibi sayılan “Lotu Quli”x9dnin Bakıda eləcə də, əksər rayonlarda nümayəndələri var. “Palajeniya”x9dya baxan həmin şəxslər “razborkalar”x9da gedir, müəyyən problemlərin “oğru qanunları”x9d ilə həllinə nail olmağa çalışırlar. Lakin kriminal “generalların”x9d bir-biri ilə barışmaz mübarizələri yerlərdəki nümayəndələrin də bir-biriləriylə vaxtaşırı toqquşmasına gətirib çıxarır. Və kriminala yaxın şəxslərin toqquşması əksər hallarda ölümlərlə nəticələnir.
SAVAŞ BAŞLADI ”“ son bir ayda kimlər tutuldu?
Məsələlərin lap “yuxarı”x9d səviyyədə narahatlıq doğurmasından sonra Bakı və Bakı ətrafında, eləcə də regionlarda kriminala yaxın şəxslərə qarşı xüsusi əməliyyatlar başlayıb.

“Bulaq”x9ddakı insidentdən cəmi bir neçə gün sonra Sabunçuda bir-birinin ardınca iki böyük əməliyyat keçirilib. Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində 60-dan çox şəxs saxlanılıb.
Əməliyyat zamanı həbs edilənlərin hamısının “qanuni oğru”x9dlar ”“ Rövşən Lənkəranski və “Lotu Quli”x9dnin yaxın adamları olduğu istisna edilmir. Saxlanılan şəxslərin üzərindən narkotik və odlu silah aşkarlanıb.
Oxşar əməliyyatlar Sumqayıtda, Gəncədə baş tutub.
Bundan əlavə Salyanda da iki əməliyyat keçirilib. Birinci əməliyyatda “Tağı Salyanski”x9d (Tağı Qasımov) ləqəbli avtoritet saxlanılıb.

Axtarış zamanı onun üzərindən “Makarov”x9d tapançası və 4 ədəd patron aşkar olunaraq götürülüb.
Dünən baş tutan ikinci əməliyyatda isə Salyan sakini, 1997-ci il təvəllüdlü İlyasov Vaqif Şükran oğlu (kriminal aləmdə “Qoca”x9d ləqəbi ilə tanınan kriminal avtoritet), onunla əlbir olan Salyan rayonu Arbatan kənd sakini, 1994-cü il təvəllüdlü Qasımov Kamran Tağı oğlu (həbs olunan kriminal avtoritet “Tağı Salyanski”x9dnin oğlu) və 1990-cı il təvəllüdlü, 7 il həbsdə olan Məlikov Rza Əliqulu oğlu (“Krıtıy Rza”x9d ləqəbli kriminal avtoritet) həbs edilib.
R. Məlikov narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir. Onun dolayısı ilə yuxarıda adıçəkilən şəxslərlə əlaqələrinin olduğu, kriminal yolla yığılan pulların xəzinədarı olduğu bildirilir.
Məlumata görə, bu tip əməliyyatlar əksər yerlərdə keçirilir, bəzilərinə isə hazırlıq görülür. Məsələnin bu məcraya yönəlməsi kriminala yaxın şəxsləri təşvişə salıb.
Onların bəziləri ölkəni tərk edib, bəziləri isə gizlənməyə çalışır”¦(AzNews.az)
































































































