Zaqatalada radikallara qarşı əməliyyat: Saxlanılanlar var

Hazırda oxunan: Zaqatalada radikallara qarşı əməliyyat: Saxlanılanlar var

134943
Zaqatala rayonunda polis genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat nəticəsində 10-a yaxın radikal dini cərəyanın nümayəndələri saxlanılıb.

Onlardan qadağan olunmuş dini ədəbiyyat, xeyli sayda silah-sursat, o cümlədən qumbaralar götürülüb.

Xatırladaq ki, mayın 1-də saat 07.30 radələrində Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.

Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.(Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin