Nemət Pənahlı Əli Kərimliyə görə saxlanıldı...

Hazırda oxunan: Nemət Pənahlı Əli Kərimliyə görə saxlanıldı...

131411
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və bacısı oğlu Allahverdiyev Əbülfəz bu gün günorta saatlarında saxlanılıblar. Buna səbəb Pənahlı ilə eyni binada yaşayan AXCP sədri Əli Kərimli ilə bağlı keçirilən növbəti aksiya olub. 

Bu barədə müsavat.com-a Nemət Pənahlının bacısı oğlu Qoşqar Bəylərov məlumat verib. O, dayısının saxlanılması ilə bağlı bunları deyib: “Hər gün Əli Kərimli ilə bağlı binanın önündə bir qrup insan aksiya keçirir. Dayım onlara etiraz edib və deyib ki, hər gün burada nə üçün qışqırırsız, gedin Əli Kərimlinin partiyasının önündə qışqırın, evimdə xəstə var, onu narahat edirsiniz. Bu zaman iki mülkü geyimli şəxs dayımı zorla polis bölməsinə aparıb. Hazırda 21 saylı Nəsimi polis mölməsindədir”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin