Miri Yusif narkotiklə tutulub?

Hazırda oxunan: Miri Yusif narkotiklə tutulub?

128867
Tanınmış reper Miri Yusif (Mirbabayev Mir Yusif Mir Heydər oğlu ) bu günlərdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Bu barədə məlumat hüquq-mühafizə orqanlarından daxil olub. 

Miri Yusif və onunla birlikdə olan Etibar adlı şəxs (“Pulya Etibar”x9d kimi tanınır) əməliyyatçılar tərəfindən saxlanılıb. Onların üzərindən narkotik maddə kokain aşkarlanıb. Miri Yusif və dostu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıblar. Bir neçə saatlıq araşdırmalardan sonra Miri Yusif azad edilsə də, Etibar adlı şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, faktla bağlı araşdırmalara başlanılıb.


Musavat.com məsələyə aydınlıq gətirmək üçün müğənninin mətbuat katibi Emin Əfəndi ilə əlaqə saxlayıb. O bildirib ki, müğənninin saxlanılması xəbəri həqiqəti əks etdirmir:  “Bu yanlış məlumatdır, cəfəngiyyatdır. Miri Yusif saxlanılmayıb”x9d.

DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə “Yeni Müsavat”x9da açıqlamasında deyib ki, hadisədən xəbərsizdir: “Bu haqda məlumatım yoxdur. Araşdırıb ətraflı məlumat verərəm”x9d. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin