56 yaşlı kişi 11 yaşlı qıza qarşı əxlaqsız hərəkət etdi, 1 il cəza aldı -Azərbaycanda

Hazırda oxunan: 56 yaşlı kişi 11 yaşlı qıza qarşı əxlaqsız hərəkət etdi, 1 il cəza aldı -Azərbaycanda

126825
Abşeron rayon sakini, 1963-cü il təvəllüdlü Aydın Qəniyev 11 yaşlı Samirə Babayeva (ad və soy ad şərti göstərilib) ilə cinsi əlaqədə olub.xa0

Hadisə Abşeron rayonu, Qobu qəsəbəsində baş verib. xa0Aydın Qəniyev sərxoş vəziyyətdə cinsi ehtirasını təmin etmək istəyib.

xa0Bu zaman onun qarşısına qonşusunun 11 yaşlı qızı çıxıb. Aydın Qəniyev həmin qızla cinsi əlaqədə olmaq istəyib. xa011 yaşlı qıza təcavüz xa0Bu məqsədlə Aydın Qəniyev Samirə Babayevanı gizli bir yerə aparıb. 56 yaşlı kişi 11 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. xa0Aydın Qəniyev daha sonra qıza bu barədə vbaldeynlərinə bir söz deməməyi tapşırıb. Amma 11 yaşlı qız Aydın Qəniyevin hərəkətləri barədə valideynlərinə danışıb. xa0Samirə Babayevanın valideynləri Aydın Qəniyevin hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Polisin keçirdiyi əməliyyat nəticəsində Aydın Qəniyev həbs edilib. xa0

Əxlaqsızlıq etdi, 1 il cəza aldı Aydın Qəniyev Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsi ilə ittiham edilib. Onun cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aydın Qəniyev 1 il müddətinə azadlıqdan məhrum edilib. xa0Hökmdən narazı qalan Aydın Qəniyev apelyasiya şikayəti verib.xa0

Aydın Qəniyevin vəkili Novruz Əliyev birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək Aydın Qəniyev barəsində Cinayət Məcəlləsinin 153-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. xa0Aydın Qəniyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.xa0

xa0Tərəfləri dinləyən hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Aydın Qəniyevin apelyasiya şikayəti təmin edilməyib. ( Teleqraf.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin