Mağazadan bahalı içkilər və siqaretlər oğurlandı

Hazırda oxunan: Mağazadan bahalı içkilər və siqaretlər oğurlandı

125593
Ağstafa rayonunun Poylu kəndində ərzaq mağazasından oğurluq edilib.

Oqtay Osmanova məxsus obyektə arxa hissədən dəmir barmaqlıqları qoparıb, pəncərəni sındırmaqla daxil olan oğrular 500 manat dəyərində tütün, içki məmulatları götürüblər. Mağaza sahibi təxminən bir ay öncə marketi qarət edənlərin 270 manat nağd pul apardığını, bu dəfə isə pul olmadığından bahalı içkilər, siqaretlər götürdüklərini bildirib.

Qeyd edək ki, son iki ayda Poylu kəndində müxtəlif ərazilərdə yerləşən 10-a yaxın marketdən oğurluq edilib.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsi araşdırma aparır.(Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin