Marixuana satan azərbaycanlılar tutuldu - Mahaçqalada+Foto

Hazırda oxunan: Marixuana satan azərbaycanlılar tutuldu - Mahaçqalada+Foto

124956

Əslən Azərbaycandan olan iki nəfər Mahaçqalada narkotik vasitə - marixuana satarkən saxlanılıblar.

Bu barədə Federal Narkotik vasitələrin dövriyyəsinə nəzarət xidməti idarəsinin nümayəndəsi Şamil Saybulayev bildirib.

“Öncə xidmətin əməkdaşları satıcıları yoxlamaq üçün narkotik vasitə alıblar, onlar 42 yaşlı kişini saxlayıblar. Onlar əslən Azərbaycandan idi. Narkopolisin əməkdaşlarına onun Mahaçqalada marixuana satdığı barədə məlumat daxil olmuşdu. Əməliyyatçılar onun öz həmyerlisi ilə bərabər işlədiyini aşkar ediblər. Onun yerlisi marixuananı istifadə üçün hazırlayırdı: qurudurdu, doğrayırdı və dozalara bölürdü”x9d, - Ş.Sabulayev bildirib.

Daha sonra həmin şəxs yaxalanıb. Onun yaşadığı yerə baxış zamanı 540 qr narkotik vasitə müsadirə ediblər. Narkotik vasitə yataq otağında paltar şkafında aşkar olunub. Narkotik vasitə kibrit qutularının içinə doldurulubmuş.

“Saxlanılan zaman şübhəli şəxs narkotik vasitənin təsiri altında olub”x9d, - Ş.Saybulayev bildirib.

Cinayətkarlar narkotik vasitəni yalnız öz tanışlarına, bir kibrit qutusunu 2000 rubla satıblar.(oxu.az)

Marixuana
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin