Rasim Əliyevin qətli ilə bağlı məhkəmə - Vəkil bəraət istədi

Hazırda oxunan: Rasim Əliyevin qətli ilə bağlı məhkəmə - Vəkil bəraət istədi

124679
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətli ilə bağlı təqsirləndirilən Elşən İsmayılov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Moderator.az-ın prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edib.

Təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli çıxış edərək müvəkkilinin ittiham olunduğu 126.3-cü maddənin 307-ci (cinayəti bilib xəbər verməmə) tövsif olumasını istəyib. Samir Mustafayevin vəkili Bəxtiyar Əliyev isə müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Növbəti prosesdə vəkillərin çıxışı davam etdiriləcək. Camal Məmmədovun vəkili çıxış etməsi gözlənilir.

Məhkəmə prosesi martın 10-da davam etdirikəcək.

Xatırladaq ki, Prokuror ötən iclasda təqsirləndirlən şəxslərə cəza istəyib. Dövlət ittihammısı Elşən İsmayılovun 14 il, Arif Əliyevin 14 il, Camal Məmmədovun 12 il, Samir Mustafayevin 11 il 6 ay, Kənan Mədətovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Xatırladaq ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

O cümlədən, “Qəbələ”x9d klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma,
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin