36 yaşlı kişi 10 yaşlı xalası qızına təcavüz etdi - BAKIDA DƏHŞƏT

Hazırda oxunan: 36 yaşlı kişi 10 yaşlı xalası qızına təcavüz etdi - BAKIDA DƏHŞƏT

124288
Bakının Sabunçu rayonunda 10 yaşlı qıza təcavüz edilib. Hadisə rayonun Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində evlərdən birində baş verib.xa0

Həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü Samirə Mehdiyevaya (ad və soyad şərti verilib) xalası oğlu, 1980-ci il təvəllüdlü Kamil Əliyev təcavüz edib.xa0

Nəsimi rayonunda yaşayan Kamil Əliyev xalasının evinə qonaq gəlib. Gecəni xalası evində qalan Kamil Əliyev gecə saat 03.30 radələrində xalası qızına qarşı seksual xarakterli hərəkətlər edib.xa0

Ertəsi gün Kamil Əliyev xalasının evini tərk edib. Yuxudan oyanan azyaşlı qız baş verənlərlə bağlı anasına danışıb. Qızın valideynləri baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edib.xa0

Bölmədə toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Sabunçu Rayon Prokurorluğuna göndəriləcək.(teleqraf.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin