Gömrükdə qaçaqmal saxlanıldı...

Hazırda oxunan: Gömrükdə qaçaqmal saxlanıldı...

122729

Tovuz Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə 23 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən daxil olan xəbərə görə, Qazax rayon sakini Şirinov Mahmud Sayad oğlunun idarə etdiyi 10 BJ 636 dövlət nömrə nişanlı “VAZ 21099”x9d markalı minik avtomobilin ehtiyat təkərinin içərisində düzəldilən xüsusi saxlanc yerindən üzərində aksiz markası olmayan 3200 ədəd siqaret aşkar edilib.

Azərbaycan Respublikası vətəndaşı, 37 yaşlı İsgəndərov Rəfail Həsən oğlunun idarə etdiyi “Mersedes”x9d markalı 90 EM 488 dövlət nömrə nişanlı minik avtomobilinin ehtiyat təkərinin içərisində eyni üsulla düzəldilən saxlanc yerindən isə üzərində aksiz markası olmayan 3800 ədəd siqaret aşkar olunub.

Gəncə şəhər sakini Məmmədov Etibar Xeyrəddin oğlu isə üzərində aksiz markası olmayan siqareti gömrük sərhədindən idarə etdiyi avtomobilin mühərrik yerində keçirmək istəyib. Gömrükçülər onun idarə etdiyi 20 CS 332 dövlət nömrə nişanlı “Daymler Chrysler”x9d markalı avtomobilə skaner vasitəsilə baxış keçirən zaman 16 000 ədəd siqaret aşkar edib.

Gömrükdə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin