Terrorla mücadilədə verdiyimiz xa0itkilər Türkiyəni zor durumda qoyur.
Moderator.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Ankarada baş verən terror hadisəsinə mövqeyini açıqlayıb.
Onun sözlərinə görə, Türkiyə terrorla mübarizədə verdiyi itkilərə yenilərinin əlavə olunması ürəklərini ağrıtmaqla yanaşı səbrlərini də zorlamaqdadır.
“Heç bir əxlaqı və insani dəyər sərhəddi tanımayan bu terror aktlarını gerçəkləşdirən oyunçulara və onun arxasında dayanan güclərlə müabrizəmizi hər gün daha qətiyyətli şəkildə davam etdirəcəyik. Birliyimiz və bərabərliyimiz sayəsində ölkə daxili və xaricində həyata keçirilən bu cinayətlərə qarşı mübarizədə qətiyyətliyik. Və bu cür hadisələr bizləri daha da gücləndirir.
Hansı vəziyyətdə olmağımızdan asılı olamyaraq Türkiyəyə qarşı təhdidlərdən geri durmayacağıq və bu təhlükələrə qarşı istənilən addımı atacağıq.”x9dTorpaq əgər uğrunda ölən varsa vətəndir”x9d inancı ilə yaşayan 79 milyon vətəndaşımızın qəlbinə sarsılmaz bir inanc olaraq hopub. Allahın izni ilə biz bu çətin günləri də qələbə ilə başa vuracağıq”x9d, - deyə R.T. Ərdoğan vurğulayıb.































































































