Münhendə İlham Əliyevin gözlənilməz ziyarətçiləri...

Hazırda oxunan: Münhendə İlham Əliyevin gözlənilməz ziyarətçiləri...

121138
Övladı qətlə yetirilmiş Mətanət Şilder Almaniyadan Moderator.az - a maraqlı olduğu qədər də qəhərləndirici bir məlumat göndərib. 

Mətanət xanımın adı Azərbaycan və xüsusən də Moderator.az oxucusuna yaxşı tanışdır və oğlu Vüsalın namərdcəsinə qətlə yetirilməsi, bu qətldən öncə seriallarda belə görünməmiş tərzdə başına gətirilən dəhşət dolu oyunlar, həmin olaylarda mərhum Vüsalın sevgilisi olmuş qızın atasının məhşur adam  olması bu mövzunun  aylarla medianın gündəmini zəbt etməsinə səbəb olmuşdu. Ananın fəryadı nəticə verməyəndə o alman vətəndaşı olan həyat yoldaşı Adolf Şilderlə və ikinci övladı Maksimilyanla birlikdə ölkədən mühacirət edərək ömürlük Almaniyaya qayıtmışdı...

Amma ana ürəyi bu günədək fəryad etməkdə və bir müddət öncə Mətanət xanım yenidən Moderator.az vasitəsilə prezident İlham Əliyevə sensasiya hesab olunacaq müraciət ünvanlamışdı və oğlunun qətlinə baiskar olan məmurun haqq etdiyi cəzanı alması üçün tədbir görməyi xahiş etmişdi.(Həmin müraciəti bu linkdən oxumaq olar---moderator.az/news/106792.html)


Yeri gəlmişkən, Adolf Şilderin də Azərbaycanda və Almaniyada məşhur persona olması, hətta Heydər Əliyevlə belə, yaxından tanış olması onu hakim elitanın bir sıra irikalibrli simaları ilə tanışlıq - dostluq münasibətlərinə çatdırmışdı, amma bu münasibətlər də Adolfa oğulluğunun (Mərhum Vüsal Mətanətin birinci nikahdan olan oğlu idi) qətlə yetirilməsini sifariş verənlərin ifşa olunmasına kifayət etməmişdi, Hətta məsələyə rəsmi Berlinin də müdaxiləsi, onların Azərbaycanın hüquq-mühafizə orqanlarından bu qətlin sifarişçisinin ifşa edilməsiylə bağlı etdikləri xahiş nəticə verməmişdi.

Bugünsə Mətanət Şilder Almaniyadan saytımızla əlaqə saxlayaraq bildirdi ki, prezident İlham Əliyevin Münhendəki təhlükəsizlik sammitində iştirakı barədə əvvəlcədən məlumatlı olduğundan Almaniyanın və Avropanın bir sıra tanınmış nəşrləriylə, telekanallarıyla əlaqə saxlayaraq həmin sammitə göndərdikləri əməkdaşlarından ibarət heyətlə İlham Əliyev iştirak etdiyi konfrans salonlarına daxil olaraq oğlunun qatilinin sifarişçisinin məsuliyyətə cəlb olunmasını tələb etmıək üçün çeşidli ssenarilər hazırlayıb. Amma tərk etsə və sinəsinə dağ çəkilmiş olsa belə doğma Azərbaycanını dünyada rəzil, İlham Əliyevi pərt etməmək üçün bu niyyətindən əl çəkib. Buna baxmayaraq Mətanət xanım həyat yoldaşı ilə birlikdə Münhenə gələrək təkbaşına da olsa İlham Əliyevlə görüşmək istəyib. Onun bildirdiyinə görə hətta buna imkanı da olub, amma yenə də emosiyalarını cilovlayaraq İlham Əliyevi Avropada səfərdə olduğu vaxtda narahat etməkdən vaz keçib...


 Bütün bunlardan sonra Mətanət xanım yaşadığı şəhərə qayıdaraq kompüter arxasına keçib və göz yaşları içərisndə Moderator.az-a başına gələnlərlə bağlı sizə təqdim etdiyimiz bu məlumatı yazıb göndərib.
Mətanət xanım deyir ki, o nəinki Münhendə və ya Almaniyanın, hətta Avropanın digər şəhərlərində rəsmi səfərlərdə olan prezident İlham Əliyevə özü də olmasa tanınmış avropalı jurnalistlər vasitəsilə oğlunun qatilini himayə edən konkret şəxsin ifşa olunması üçün tələblə çıxış etmək imkanındadır, amma onun Azərbaycan sevgisi, İham Əliyevə olan hüsn-rəğbəti belə bir niyyəti gerçəkləşdirməsinə hər zaman mane olub. Amma o hesab edir ki, onun bu fəryadını və xoşniyyətli davranışını İlham Əliyevə şəxsən çatdıran olsa oğlunu qətlə yetirənlərin himayədarlarını cəzalandırar. Elə bu niyyətlə də saytımız vasitəsilə növbəti dəfə prezident İlham Əliyevə üz tutaraq ondan Vüsal Şilderin ürəkparçalayan taleyi və dəhşət dolu aqibətiylə bağlı ana fəryadına biganə qalmamağı xahiş edir. 

Biz də ümid ediirk ki, gec-tez bu fəryad eşidiləcək və nəhayət Vüsalın narahat ruhu rahatlıq, bu ruhun bir an belə rahat buraxmadığı ana ürəyi təsəlli tapacaq. Amin!!!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin