Sevinc Babayevanın oğlu arvadını bıçaqladı

Hazırda oxunan: Sevinc Babayevanın oğlu arvadını bıçaqladı

119679

Bakının Binəqədi rayonunda keçmiş məhkum arvadını bıçaqlayıb.

xa0Binəqədi qəsəbəsi 1-ci mədən korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ayxan Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. A.Məmmədovun tutulması üçün axtarış tədbirləri davam etdirilir.

A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. S.Babayeva "İnterpol" xəttilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.(report)

Sevinc
Sevinc
Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin