Azərbaycanlı öz maşınında güllələndi - Rusiyada

Hazırda oxunan: Azərbaycanlı öz maşınında güllələndi - Rusiyada

119678
Rusiyanın Leninqrad vilayətinin Tosnensk rayonunda azərbaycanlı öz "Mersedes" markalı maşınında güllələnib.

Moderator.az-ın ans press-ə istinadən məlumatına görə, hadisə Yam-İjora qəsəbəsində, Lenin küçəsində yerləşən bir evin qarşısında baş verib. İnsidentin gecə saatlarında qeydə alındığı vurğulanır. Həmin ünvanda Qafqaz mətbəxinə məxsus bir kafenin də olduğu deyilir.

Rusiya Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, həmin kafenin qarşısına "Chevrolet Lacetti" markalı maşın gəlib, onun içərisində olan insanlar qarşı tərəfdə maşınını park etmək istəyən "Mercedes-Benz Gelandewagen" markalı maşının sürücüsünə atəş açıblar. Salonda olan 42 yaşlı E.Heydərov aldığı 6 güllə yarasından yerindəcə keçinib.

Məlumata görə, Heydərov burada meyvə-tərəvəz alveri ilə məşğul olub. O, meyvə tərəvəzi Cənubi Qafqazdan gətirirmiş.

Hadisəni törədənlər dərhal hadisə yerindən qaçaraq gizləniblər. Hazırda faktla bağlı Rusiya cinayət məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi açılıb.

İstintaq komitəsindən verilən məlumata görə, ölən şəxs özü də əvvəllər məhkum olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin