“Məhkəmədə Nuşirəvan Səfərovun mənəvi və hüquqi məsuliyyəti aydınlaşdırılmadı”x9d

Hazırda oxunan: “Məhkəmədə Nuşirəvan Səfərovun mənəvi və hüquqi məsuliyyəti aydınlaşdırılmadı”x9d

117632
Bir neçə gün öncə Xətai rayon məhkəməsinin hökmü ilə il yarım şərti cəza alan Azpolitika.info" saytının baş redaktoru Elnur Məhərrəmli Moderator.az - a açıqlamasında barəsindəki qərarla razılaşmadıqlarını və apellyasiya şikayəti verəcəklərini bildirib:

"Vəkilim Elçin Sadıqov dünən Xətai rayon Məhkəməsinin qərarını götürüb, yaxın günlərdə apellyasiya şikayətimiz yuxarı instansiyaya təqdim olunacaq. Xətai məhkəməsinin qərarı ilə təbii ki, barışa bilmərik. Tamamilə əsassız, sifarişlə qəbul olunmuş qərardır.xa0
Məhkəmə sifarişlə qərar qəbul etdi. Təqdim etdiyimiz faktlara ”“ video və audio yazılara, KİV materiallarına heç bir əhəmiyyət verilmədi. Nuşirəvan Səfərovun BDYP - də işləyən bacısı oğlunun 2500 manat rüşvət alarkən saxlanılması və işdən qovulması barədə KİV məlumatları araşdırılmadı. Bu məsələdə bir dayı, bir rəis kimi N.Səfərovun mənəvi və hüquqi məsuliyyəti məsələsi aydınlaşdırılmadı.xa0
Qısası, məhkəmə bu çox əhəmiyyətli olan bu detalların üzərindən sükutla keçərək, sifarişlə əldə olunmuş absurd ekspert rəyini əsas götürərək, barəmdə hökm çıxardı. Üstəlik, hökmün elə ilk cümləsindəcə mənim özümə böhtan atıldı ”“ guya mən yalan olduğunu bilə-bilə, şəxsi ağır cinayətdə ittiham etmiş, onun şərəf və ləyaqətini “nalayiq formada”x9d qəsdən alçaltmışam. Halbuki, mən indi də tam əminəm ki, yazdıqlarmız nəinki həqiqətdir, hətta aysberqin görünən çox kiçik hissəsidir. İdarə rəisi şərait yaratmasa, DYP əməkdaşları Bakı küçələrində belə biabırçılıqları törədə bilməzlər. Deməli, hörmətli N.Səfərov DYP-də tuğyan edən rüşvətxorluğa görə ən azı mənəvi məsuliyyət daşıyır. Sözügedən məqalədə də, biz təmkinli davranaraq, N.Səfərovun məhz mənəvi məsuliyyəti məsələsini qoymuşduq. Ancaq hələ məhkəmənin gedişində hakim Habil Məmmədov açıq tərəf tutaraq, N.Səfərovun mənəvi məsuliyyəti məsələsini onun rüşvət almaqda ittiham olunması kimi qiymətləndirmişdi.
İndi biz apellyasiya məhkəməsinə hazırlaşırıq. Bu məhkəməyə daha tutarlı maddi sübutlar təqdim edəcəyik. Ümid edirəm ki, Apellyasiya Məhkəməsində ədalətli qərarın qəbuluna nail olacağıq".

Xatırladaq ki, yanvarın 14-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərovun “AzPolitika.info”x9d saytının rəhbərinə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə Xətai Rayon məhkəməsi Elnur Məhərrəmlini CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək, onun əməkhaqqının 15 faizi dövlət nəfinə tutulması şərti ilə, 1 il 6 ay islah işləri cəzasına məhkum olunması barədə qərar çıxarıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin