Bakıda silah əməliyyatı: həbslər var

Hazırda oxunan: Bakıda silah əməliyyatı: həbslər var

117253
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat keçirib.
xa0
Bu haqda Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.
xa0
Bakı sakini, əvvəllər məhkum olunmuş Orxan Hümbətovun evindən TT markalı tapança və 6 ədəd patron aşkar edilib.
xa0
Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsinin əməkdaşları isə Vüsal Ağayevin Balaxanı qəsəbəsindəki evindən silah-sursat aşkarlayıb. Lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 13 ədəd patron götürülüb.
xa0
V.Ağayevin yaxınlarından biri TOZ-8 markalı nömrəsi silinmiş ov tüfəngini və ona aid nişangahı da könüllü olaraq polisə təhvil verib. Həmin şəxs bu silahın da V.Ağayevə aid olduğunu bildirib.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin