Keşmiş Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədova açılmış cinayət işinə xitam verilməsinə tutarlı hüquqi əsas olmasına baxmayaraq, xa0onu həbsdə saxlamaq üçün yeni bir şikayətçinin “aşkar edildiyi”x9d xa0barədə bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlar geniş ictimai rezonans doğurub. Bu məsələ ilə bağlı xa0tanınmış hüquqşünas Aslan İsmayılovun sosial mediada yazdığı etirazçı status bir sutka xa0ərzində 2477 nəfər xa0tərəfindən bəyənilib, xa0373 nəfər tərəfindən paylaşılıb, xa092 xa0nəfər isə həminstatusa rəy bildirib.
Moderator.az xəbər verir ki, Rəşad Məmmədovun həbs edilməsinin yeganə səbəbkarı olan xa0iş xa0adamı Zabil Salmanova şikayət ərizəsinin keçmiş MTN-də zor gücünə yazdırıldığı, təxminən, 3 ay əvvəl - Eldar Mahmudov və dəstəsi ifşa edildikdən dərhal sonra üzə çıxıb. Həmin vaxt xa0Zabil Salmanovun vəkili Aslan İsmayılov icimaiyyətə məsələnin mahiyyəti ilə bağlı geniş açıqlama verib. Zabil Salmanov özü isə Baş Prokurorluğa ərizə yazaraq “ondan zorla alınmış ifadəyə görə həbsdə olan 4 uşaq atası Rəşad Məmmədovun dərhal azad olunması barədə tədbir görülməsini”x9d xahiş edib...
Lakin bu müraciətə hüquqi münasibət bildirilməyib, R.Məmmədovun həbsdə saxlanılması xa0müddəti daha üç ay uzadılıb. Bu günlərdə isə istintaq orqanının onun əleyhinə daha bir şəxsdən ifadə aldığı barədə hələ rəsmən təsdiqlənməmiş məlumat yayılıb. İstintaqa yaxın mənbəyə istinadən istiqlal.az saytının yaydığı məlumata görə, “həmin şəxs ev təmir edən ustadır”x9d və istintaqa verdiyi ərizədə “Rəşad Məmmədovun ona gördüyü işə görə 2000 manat borcu olduğunu bildirib”x9d. Məmməd adlı həmin ustanın vaxtilə Eldar Mahmudovun villalarından birində çalışdığı haqda da məlumatvar.
Rəşad Məmmədovun vəkili Akif Əlizadə “Yeni Müsavat”x9d qəzetinə açıqlamasında bu xəbəri eşitdiyini, lakin müvəkkilinə qarşı qanunsuzluqların, nəhayət ki, araşdırılacağına, həmçinin onun əleyhinə yalan ifadə verməyə məcbur edilmiş Zabil Salmanovun ərizəsinə tezliklə baxılacağına ümid etdiyini bildirib. Vəkil yeni “saxta zərərçəkənin”x9d ortaya çıxmasının isə sabiq milli təhlükəsizlik nazirinin hələ də vəzifədə qalan ətrafının işi olduğunu ehtimal edib. “Ümidimiz var ki, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi məsələni şəxsi nəzarətə götürüb Rəşad Məmmədovun qanunsuz həbsinə son qoyacaq, onun azad edilməsinə göstəriş veriləcək”x9d, - deyən Akif Əlizadəədalətli qərar çıxarmaq, saxta ittiham aktını ləğv etməkzamanının çatdığını vurğulayıb.xa0
Aslan İsmayılov isə baş vermiş hadisənin təfərrüatlarını “Azadlıq”x9d qəzetinə bir xa0daha açıqlayaraq xa0bildirib ki, Zabil Salmanov Rəşad Məmmədovun həbsindən əvvəl MTN-in keçmiş rəhbərliyinin hədəfinə gəlib: “Zabil Salmanovu MTN-ə çağırıb, hədə-qorxu gələrək, mənim də adımı hallandırmaqlaborca salıb 500 min manata yaxın pulunu alıblar. Rəşad Məmmədov həbs olunandan sonra isə onu yenidən MTN-ə çağırıblar. Bu dəfə ona bildiriblər ki, Rəşad Məmmədovun əleyhinə ifadə verməlidir. Zabil Salmanov bu şəxsi tanımadığınından ifadə verməkdən imtina edib. Səhərisi gün Zabil Salmanovu yenidən zorla apararaq MTN rəhbərliyi bütün təzyiq imkanlarından istifadə edib məcburi şəkildə Rəşad Məmmədovun əleyhinə ifadə alıblar. ”x9dMTN işi”x9d başlayandan sonra isə Zabil Salmanov dərhal Baş Prokurorluğa müraciət edərək baş verənləri olduğu bu qurumun rəhbərliyinin diqqətinə çatdırıb və elə orada da birinci dəfə bilib ki, 4 uşaq atası olan Rəşad Məmmədov ancaq ondan zor gücünə alınmış ifadəyə görə aylardır ki, həbsdədir. Elə həmin günlər əlavə olaraq MTN yeni rəhbərliyinə də bu qanunsuzluq barədə müraciət etdi. Artıq üstündən aylar keçsə də ancaq bir qanunsuz ifadə əsasında həbsdə olan Rəşad Məmmədov azad olunmayıb, nə də ki, Zabil Salmanovdan zor gücünə alınmış 500 min manata yaxın pul qaytarılmayıb. Əksinə son günlər baş verənlər xa0ya MTN-nin keçmiş rəhbərliyinin hələ də güc sahibi olduğunu, yaxud yeni DTX-nin və Respublika prokurorluğunun keçmiş MTN stilində fəaliyyətlərini davam etdirdiklərini xa0göstərir. Belə ki, son günlər Zabil Salmanovdan Respublika prokurorluğuna verdiyi şikayət ərizəsindən imtina etməyi və MTN-də zorla Rəşad Məmmədovun əleyhinə alınmış ifadəni təsdiq etməyi tələb edirlər. Sizin vasitənizlə adıçəkilən qurumların rəhbərlərinə müraciət edirəm dediklərimi yoxlayıb qanuni tədbirlərini görsünlər. Əks halda baş verənlər barədə daha detallı mətbuat vasitəsi ilə Azərbaycan Respublikası Prezidentinə müraciət edəcəm”x9d.
...Bir vaxtlar uğurlu sahibkar, sonralar dövlət məmuru olmuş Rəşad Məmmədovun qanunsuz həbsi ətrafındakı müəmmalar uzun illər bundan əvvəl “sovet hüquq-mühafizə sistemi”x9dndəki vəziyyətlə bağlı el arasında söylənilən məşhur lətifəni yada salır: belə getsə, istintaqçılar hətta “Kapitalı”x9d da şəxsən özünün yazdığını onun boynuna qoyacaqlar...Hər halda dövlət qulluğuna keçənədək iri sahibkarlıq subyektinin təsisçilərindən olmuş nüfuzlu və imkanlı şəxs kimi Rəşad Məmmədovun sadə bir tikinti ustasınaillər boyu iki min manat borclu qala biləcəyini iddia etmək, üstəlik bunu kriminal müstəviyə gətirmək acı yumordan başqa bir şey deyil...































































































