Azərbaycan - Gürcüstan sərhəddində valyutadəyişmə rəzaləti...

Hazırda oxunan: Azərbaycan - Gürcüstan sərhəddində valyutadəyişmə rəzaləti...

116029
Azərbaycanda valyutadəyişmə məntəqələrinin kitabının bağlanması təkcə ölkə daxilində deyil, bu və ya digər səbəbdən xaricə üz tutanların da işini onqat çətinləşdirib.

Bir az əvvəl Azərbaycan - Gürcüstan sərhəddində yaşanan rəzalətlə bağlı Moderator.az - a məlumat daxil olub.  

Bildirilir ki, "Sınıq Körpü" Gömrük Keçid Məntəqəsində bir qrup işbazlar orada qanunsuz valyutadəyişmə əməliyyatlarına görə kimlərəsə haqq verərək heç nədən çəkinmədən, hətta təhlükəsizlik kameralarının altında insanları aldadaraq 100 dolları 180 - 190 manata, 100 Azərbaycan manatını 130 gürcü larisinə dəyişirlər. 

Halbuki sərhəddi Gürcüstan tərəfə keçəndən sonra orada Azərbaycan manatını nisbətən urvatlı şəkildə dəyişmək mümkündür. Amma sərhəddin Azərbaycan tərəfində əsl dərəbəyliyin hökm sürdüyü deyilir və gömrük sərhəddi Qazax rayon ərazisi olduğundan ora cıxan həmin rayonun post patrul xidmətinin gözü qabağında insanların başına oyun açılması baş versə də tədbir görənin olmaması hiddət doğurur...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin