5 kq marixuananı 30 min manata satmaq istəyən şəxs tutuldu - VİDEO

Hazırda oxunan: 5 kq marixuananı 30 min manata satmaq istəyən şəxs tutuldu - VİDEO

116007
Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

İdarə əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat zamanı külli miqdarda narkotik vasitənin dövriyyəyə buraxılmasının qarşısı alınıb. 

Siyəzən rayon sakini Röyal İlyasov 5 kiloqramdan artıq marixuananı 30000 manata satmaq istəyən zaman saxlanılıb.

Röyal İlyasov - saxlanılan şəxs: "Rusiyadan gələndə marixuana toxumunu özümlə gətirdim. Öz əllərimlə əkdim, qulluq elədim, becərdim, qurutdum. Satmağa müştəri axtarırdım. Bir nəfər 30 min manata razılaşdı, təhvil verəndə polislər gəldilər, tutdular".

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. (Region TV)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin